10 May 2016 21:17 – xeber –
Baxımlı xanımların ən böyük arzularından biri daim formada qalmaqdır. Ötən gün Olkem.az-ın fotokamerasına rast gələn teleaparıcı Günay Firudinqızı bu mövzuda daim çətinlik çəkdiyini deyib.
"İştahıma heç cür güc gələ bilmirəm. Hər dəfə sabahdan dietada olacam, şirniyyatdan və güclü kolorili yeməklərdən uzaq duracam desəm də, bacarmıram. Düzdür, 1-2 gün su ilə qidalanıb pəhriz saxlayıram, sonra isə yenə də pəhrizə son qoyuram".
Aparıcının formada olmadığı üçün danlayanlar da az deyil.
"Formada olmadığım üçün həmkarlarım deyil, yaxınlarım və ən çox da anam məni danlayır. Anam həmişə formada olduğu üçün məndən də formada olmağımı istəyir. Bəzən də geyim seçərkən əziyyət çəkirəm. O zaman özüm də pis oluram".
Qeyd edək ki, Günay Firudinqızı "Geriyə baxanda" verilişinin aparıcısıdır.