Gunay agladi: "Ogluma qargis edirler"

30 Yanvar 2016 12:32 – xeber –
Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva türkcə danışdığı üçün onu qınayanlara cavab verib. 
Axşam.az-ın məlumatına görə, model bunun ayıb olmadığını bildirib: 
"Mən illərdir, Türkiyədə yaşayıram. Azərbaycana ildə iki dəfə iki günlük gəlirəm. Türkcə danışmağım normaldır. Bunu MTRŞ də, ATV kanalının prodüser heyəti də bildiyi üçün qəbul etdi və dəstəklədi. Amma siz türk düşməni olmusunuz. Bəs bir millət, iki dövlət idik? Yoxsa mən ermənicə danışıram? Niyə? Səbəb nədir, paxıllıq, qısqanclıq, yoxsa, həqiqətən, türk dilinə nifrət bəsləyirsiniz?" 
Qeyd edək ki, Günay Musayeva türkcə danışdığı üçün sosial şəbəkədə onun oğluna qarğış edən izləyiciyə görə böyük stress keçirdiyini də söyləyib. ATV-də yayımlanan "Bizimləsən" verilişinə açıqlama verən Günay ən çox həmin şərhdən incidiyini deyib: 
"Hazırda qızdırma içindəyəm. Çox danışa bilmirəm. Ümid edirəm ki, bu veriliş bütün həqiqəti ortaya çıxaracaq. Haqqımda edilən bütün təhqirlər, böhtanlar – hamısı heç. Heç biri xətrimə dəymədi. Bu yerlərə mən zəhmətimlə gəlmişəm. Başqaları kimi pul tökmədim, arxamda kimsə olmadı, hər şeyi təkbaşına etdim. Statuslarıma təhqir dolu şərh yazanlara da əhəmiyyət vermədim. Amma mənə ən çox təsir edən oğluma qarğış etmələri oldu. 3 yaşında uşağın nə günahı var? Kimin haqqı çatır ki, ona qarğış etsin? Mən uşağım üçün başqa ölkədə çalışıram, müalicəsiylə məşğul oluram. Həftənin 5 günü o uşaq pedaqoq yanına gedir. Onu xeyirli övlad kimi böyütməyə çalışıram. Ən çox məni incidən o mesaj oldu. Bu necə insafsızlıqdır? İnsanların qəlbi bu qədər qaralıb? Türkcə danışdığım üçün xalq düşmənimi oldum? Axı burda qəbahət nədir? Hamı rahatlayacaqsa, mən bu verilişdən çıxmağa da hazıram. O iştirakçıya gəldikdə isə, mən həmişə onu dəstəkləmişəm. Verilişi izləyənlər bilirlər, mən ona nə demişəm. Sadəcə, elə bir hissəsini kəsib verdilər ki, guya mən ona qışqırıram, o ağlayır. Halbuki, mən ona yarışın qaydalarını pozduğu üçün xəbərdarlıq etdim. İştirakçılar danışsınlar, hər şey ortaya çıxsın". 
Xatırladaq ki, Günay Musayeva "Bu stil mənim" verilişində türk dilində danışdığı üçün ictimaiyyət və millət vəkilləri tərəfindən qınanmış, bununla bağlı tədbirlər görülməsinin vacibliyi qeyd olunmuşdu.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org