Gumrude rus esger yeni qalmaqal yaratdi

27 Dekabr 2015 16:08 – xeber –
Ermənistan ərazisindəki Rusiyaya aid hərbi hissənin adı növbəti dəfə qalmaqalda hallanıb.
ANS-in məlumatına görə, Gümrü şəhərində yerləşən, Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri erməni kəndlisinin inəyini oğurlayıb.
 
Bildirilir ki, Dmitri Korşunov axşam saatlarında Usubyanova məxsus pəyəyə pəncərədən girib inəyi oğurlayıb. İnəyin dəyəri 90 000 drama bərabərdir.
 
26 yaşlı hərbçiyə törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkəmə işi açılıb. İlkin tədbir olaraq hərbçinin hərbi hissəni tərk etməsinə qadağa qoyulub.
 
Bu, Rusiyaya aid 102 saylı hərbi bazanın adının hallandığı ilk hadisə deyil. Daha əvvəl Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın qulluqçusu Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.
 
Cinayət zamanı Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələyib, 6 aylıq körpəni isə süngü ilə vurub. Yeddi gün boyunca həkimlər altı aylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, daha sonra o vəfat edib.
 
Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.
 
Permyakovun erməni ailəsini öldürdükdən sonra Ermənistanın bir sıra şəhər və rayonlarında etiraz aksiyaları keçirildi. Etirazların ən güclüsü isə 102-ci hərbi bazanın yerləşdiyi Gümrü şəhərində baş verdi. Nümayişçilər hətta Rusiya hərbi bazasının ölkədən çıxarılmasını da tələb edirdilər.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org