Gumanimda yanilmisam – Bahar Muradova

18:30 – xeber – Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər və Almaniya Bundestaqı qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etdi.
 
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Almaniya Bundestaqının bu gün qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsinin qəbul etməsinə münasibət bildirərkən deyib.
 
Hadisəyə birmənalı olaraq, yalnız mənfi yanaşdığını deyən B.Muradova buna təəssüfləndiyini də söyləyib: "Düşünmək olardı ki, Almaniya tərəfi bu məsələni tarixçilərin ixtiyarına buraxacaq. Amma bu gün dünyanı narahat edən məsələlərlə məşğul olmaq əlbəttə ki, həm Almaniyanın, həm də digər ölkələrin siyasətçilərinin işidir. Çünki Almaniya dünyada gedən proseslərə təsir göstərmək imkanında olan ölkələrdən biridir. Almaniyada bu qanun layihəsinin müzakirəyə çıxarılması ilə məlumatlar yayılanda mən çox arzulamışdım və inam ifadə etmişdim ki, Almaniyada bu məsələrə – tarixi hadisələrə bu günün konyekturasından yanaşmayacaq insanlar tapılacaq. Amma görünür ki, mən gümanımda yanılmışam. Hesab edirəm ki, bu, doğru yanaşma deyil".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org