Gulescilerimiz 4 medal qazandi


[r32]
– xeber –
Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub.
Azərbaycan milli komandası sentyabrın 2-də keçirilən fərdi yarışların sonuncu günündə aktivinə daha iki medal yazdırıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb. Elmar üçüncü yer uğrunda görüşdə digər cüdoçumuz Elxan Məmmədova qalib gəlib.
Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (78 kq-dan yuxarı) dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medala layiq görülüb.
Beləliklə cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 2 gümüş və 2 bürünc olmaqla, dörd medalla yekunlaşdırıb.
Xatırladaq ki, yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb.
Aktivində dörd medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında səkkizinci yeri tutub.
Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu mübarizə aparıb. Azərbaycan milli komandası çempionatda 17 idmançı ilə təmsil olunub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org