GUAM-in buro ve komite iclaslari kecirildi


[r32]
– xeber –
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının 10-cu sessiyası çərçivəsində dekabrın 17-də Tiflisdə qurumun büro və komitə iclasları keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iclaslarda GUAM-ın digər beynəlxalq təşkilatlar və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, qurum daxilində təhlükəsizlik və s. məsələlər müzakirə olunub.
Tədbirlər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat veriblər. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada sülhə təhdiddir.
İclaslarda GUAM PA-nın 10-cu sessiyasının gündəliyi də diqqət mərkəzində olub.
Plenar sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.
Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edirlər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org