Gorkemlii filoloq-alim vefat etdi

23:56 – xeber – Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib. 
 
Modern.az saytı xəbər verir ki, 84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona – Qəbələyə aparılıb. Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.
 
Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.
 
X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. 
 
2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.
 
X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. 
 
Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət «Bələdçi» adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org