Goranboyda ogru destesi ifsa olundu

23:32 – xeber – Şəkidə və Goranboyda evlərə qənim kəsilən 2 nəfərdən ibarət dəstə ifşa olunub.
 
Kəpəz TV (Region TV) xəbər verir ki, onlardan birini Goranboy polisi saxlasa da digərini hələ ki məsuliyyətə cəl etmək mümkün olmayıb.
 
Fevralın 19-da Goranboy rayonunu Rəhimli kənd sakini Rəddin Məmmədov polisə ərizə ilə müraciət edərək yaşadığı evindən 2500 manat dəyərində qızıl ziynət əşyalarının, 40 manat və 45 dollar nəğd pulun oğurlanması barədə məlumat verib. Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvü Şəki şəhər sakini 21 yaşlı Elnur Səmədov saxlanılaraq istintaqa təhvil verilib. Oğurluq hadisəsini törədən dəstənin digər üzvü Goranboy rayon sakini 24 yaşlı Rasim Hüseynov isə polisdən qaçıb. Hazırda onun axtarışları aparılır. Polisin araşdırması zamanı məlum olub ki, onlar Şəkidə və Goranboyda 15-ə yaxın evdən oğurluq ediblər.
 
Elçin Əzizov – Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi: "Şübhəli şəxs qismində saxlanılan Elnur Səmədovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, həmin şəxslər Goranboy rayon ərazisində bir neçə yaşayış evinə qanunsuz daxil olaraq müxtəlif qızıl ziynət əşyalarının və digər əmlakı gizli yolla talamaqla oğurluq ediblər. Bundan başqa müəyyən edilib ki, Elnur Səmədov yaşadığı Şəki şəhərində də 6 yaşayış evinə qanunsuz daxil olaraq oğurluq hadisəsi törədib"
 
Əldə etdikləri qızıl ziynət əşyalarını Bakı şəhərində sataraq öz aralarında bölən dəstə üzvüləri pulu kef məclislərinə xərcləyiblər.
 
Elnur Səmədov – saxlanılan şəxs: Oğurluqdan payıma o qədərdə pul düşməyib təzminən 800 manat olub. Girdiyimiz yerlərdə çoxda dəyərli şeylər olmayıb. Tutduğum əməldəndə çox peşmanam bu vəziyyət kimi xoşuna gələrki"
 
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org