Google-daki Seide Dadasova, Familin Şebisi, "Reqsane pehrizi", Teraneye esq elani – HEFTEBECER

13 İyun 2016 09:15 – xeber –
Olkem.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (80-ci say) təqdim edir.

Zarafat-zarafat gəldik çıxdıq 80-ci həftəyə. Manıs tayfasının səkkiz günə evlənib, səkkiz günə boşandığı bir dövrdə səksən həftə oxunduğum üçün hər birinizə səmimi təşəkkürlərim var. Qulpqoyan dayı da hamınıza salam söyləyir.
"Eurovision"da təmsilçilərimizə nə verirlərsə, başlayırlar soyunmağa. Bu dəfə Dilarə çimərlik geyimində fotosessiya elətdirib. Səidə Dadaşova da sosial şəbəkədə yazıb ki, Azərbaycan xanımına belə geyimlər yaraşmır.
"Sənətçidir, gedib çimərlikdə yox, lüt fotosessiya etdirsin. Bəsdirin, sənət adamı işiylə, səsiylə fərqlənsin. Hamı bunu edə bilər. Görmüşük ki, sənət adamı örnək olar: geyimi, səsi, özünü aparmağı ilə… Bu ən sadə yola əl atıb…"
Əgər kimin imkanı varsa, Səidə Dadaşova yazıb Google-da axtarış versin. Təxminən 4-5 il öncəyə aid "allı-güllü" fotolar çıxacaq. Dilarənin yaşını bilmirəm, amma onda Səidənin öz yaşı 30-u keçmişdi. Əslində, Dadaşovanın tənqidində qəbahətli bir şey yoxdur. Qəbahətli olan odur ki, özü çox da uzaq olmayan keçmişdə yetərincə açıq fotolar çəkdirib. Bəlkə özünün də yadından çıxıb. Amma internet adamın üzünü qaraldan şeydi, nə paylaşırsansa, illər sonra şahid qismində qabağına çıxır.
Xəbəriniz olsun ki, Famil Şəbişi sevir və heç vaxt da atmayacaq. Famil Şəbiş ilə rəsmi nikahdadır. Özü də illərdir bir yerdədirlər. Elə bilirsiniz zarafat edirəm? Müğənni Şəbnəm Tovuzlu müsahibəsində belə deyib. Sevgi dastanları sırasına Namiq və Aygün, Leyli və Məcnun, Samir Bağırov və Samiraldo, Əsli və Kərəmdən sonra Şəbiş və Famil də əlavə olundu. Gözünüz aydın olsun!
"Stefano Riççi" söhbətinin qəhrəmanı olan müğənni son günlər sosial şəbəkədə yazdığı təhqirlərə cavab verib. Öz aləmində üzrxahlıq edib. Amma üzrü günahından betər olub.
"Kütlə şəklində danışmaq başqadır, fərd başqa. Mən sosial şəbəkədə bir nəfərə sözümü yazmışam. Niyə hamı üzərinə götürür? Xalqla nə işim var? Mən xalqdan dolanıram, bu ölkənin bir nümayəndəsiyəm. Millətimi təhqir etmək fikrim olmayıb, etməmişəm də. Mən hay-küylü müğənniyəm. Hansı verilişə çıxsam, nə desəm, səs-küy yaradır. Məndən inciməsinlər, amma təhqir dolu şərhləri yazanlar bekar adamlardır. İşləri yoxdur, bütün günü oturub, kiməsə nəsə yazırlar".
Jurnalist etikasını və digər məsələləri nəzərə alıb, bura yazmaq istədiklərimi ürəyimdən keçirirəm. Başa düşürəm, indi bir çoxlarınız da mən düşündüklərimizi düşünürsünüz. Amma və lakin şəxsiyyət vəsiqəsi və şəxsiyyəti olan hər kəs anlamalıdır ki, heç bir fərdi təhqir etmək olmaz. Xüsusən də o şəxs sənə təhqir yazmayıbsa. Məsələn, "Həftəbecər"ə kimsə yazır ki, bu həftə yazdıqlarınızın yeri yoxdur. Və dəfələrlə belə yazanlar olub. Sizcə, mən onu təhqir etməliyəm? Əlbəttə, YOX! Yaxud kimsə yazır ki, sizinlə eyni rayondanam, amma sizi bəyənmirəm. Sonrasını özünüz bilirsiniz.
Prodüser Təranə Səmədovaya üç ayrı-ayrı xanım sevgi təklifi edib. Deyirəm, Allah o "qeyrətdən" bir az da qırmızı şalvar geyinən o gədələr var ha, şou aləmindəkiləri deyirəm, bax onlara verəydi.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org