Gomrukden kulli miqdarda qizil askarlandi

15:15 – xeber – Hava Nəqliyyatında  Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyuta və zərgərlik məmulatlarının ölkə ərazisindən çıxarılmasının qarşısını alıb.
 
Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn  Türkiyə Respublikası vətəndaşının  əl çantasına  rentgen aparatı ilə baxış keçirilən zaman gömrükçülər monitorda  zərgərlik məmulatlarına bənzər təsvirlər müşahidə edib.
 
Yoxlama zamanı çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməyən, bəzilərinin üzərində qaşlar olan 8 cüt sırğa, 9 ədəd üzük, 3 ədəd boyunbağı, 1 ədəd qolbaq aşkar olunub. 
 
Bundan sonra sərnişinin üzərində şəxsi yoxlama aparılıb  və  onun alt paltarının içindən gömrük nəzarətindən gizlədilən  100 ədəd hər biri 500 Avro nominalında pul əskinasları olmaqla, cəmi 50000 avro aşkar olunaraq protokol əsasında götürülüb.
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininı ekspert arayışına əsasən,  aşkar edilən məmulatların metalı 750 əyarlı qızıl, ümumi çəkisi  415,44 qram, qaşları isə brilliantdır.
 
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.   

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org