Gomrukde emeliyyat: Kulli miqdarda derman tutuldu

15:03 – xeber – Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tütün məmulatları və dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. 
 
Komitədən Axar.az-a verilən məlumata görə, idarənin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasında “Moskva-Bakı” sərnişin qatarı ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.
 
Yoxlama zamanı gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 3 adda 34 800 ədəd siqaret aşkar edilərək götürülüb.
 
Tütün məmulatlarının qaçaqmalçiliği ilə bağlı digər bir fakt isə İdarənin “Xanoba” gömrük postunda aşkar olunub. Belə ki, Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 60 000 ədəd siqaret aşkar edilərək götürülüb.
 
“Samur” gömrük postunun əməkdaşları isə müxtəlif markalı dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Rusiya Federasiyası istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 6800 kapsul”Ritamitsin150 mq”, 10 200 kapsul “Pirozinamid500 mq”, 1900 həb “Etambutol Akri 400 mq”, 330 həb “İzoniazid 300 mq”, 300 flakon “Streptomitsin1 q”, 10 qutu “Zivoks 2 mq” dərman preparatları aşkar edilərək götürülüb.
 
Hər 3 faktla bağlı araşdırma aparılır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org