Gomrukde 50 min siqaret tutuldu

16:30 – xeber – Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
 
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, “Sadıxlı” gömrük postunda isə Gürcüstan Respublikasından Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.
 
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.
 
Bütün faktlarla bağlı araşdırma aparılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org