Generaldan Özbekistana muhum mesaj

10:57 – xeber – İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla, bu şəxs baş nazir Şövkət Mirziyayev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.
 
Siyasi şərhçi Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Müdafiə naziri Zakir Həsənovun bu ölkəyə səfərini şərh edib:
 
“Bu səfərin nə dərəcədə əhəmiyyətli olması sualının cavabı birmənalıdır: səfərin məhz indiki məqamda reallaşması çox vacibdir. İslam Kərimov Dağlıq Qarabağ məsələsində Azərbaycan mövqeyini birmənalı müdafiə etdi və buna görə Ermənistanda səfirlik açmadı. Özbəkistan keçmiş SSRİ respublikaları arasında Ermənistanda səfriliyi olmayan tək ölkədir. Bu, Kərimovun Azərbaycanın həssas mövzusuna verdiyi dəyər idi. İndi bizim üçün vacibdir ki, Özbəkistanın yeni prezidenti də (böyük ehtimalla, bu baş nazir Şövkət Mirziyayev olacaq) Kərimovun Azərbaycan-Ermənistan münaqişəsinə baxışını davam etdirsin. Təsadüfi deyil ki, Zakir Həsənov Daşkəndəki çıxışlarında iki xalq arasında çoxəsrlik dostluq ənənələrini vurğulamaqla yanaşı, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycan torpaqlarını işğalda saxladığını və bunun bölgə təhlükəsizliyi üçün təhdid olduğunu xatırladıb. Hər halda bu xatırlatmanı Özbəkistanın yeni rəhbərliyi diqqətə alacaq”.
 
Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də Özbəkistanın Müdafiə naziri general-polkovnik Kabul Berdiyevlə görüşüb.
 
Kərimov sentyabrın 2-də vəfat edib. Ölkədə prezident seçkisi dekabrın 4-də baş tutacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org