“Gencler bu yolla meshurlasmaq isteyirler…”

08:30 – xeber – Bu gün qələmə alınan bədii əsər xeyir və şər qütblərinin arasında doğulmaqdadır. Klassik ədəbiyyatımız dünya üçün təbii ki, maraqlıdır və maraqlı olduğu üçün də örnəkdir. O ki qaldı müasir ədəbiyyatımıza (istər poeziya, istərsə də nəsr və dramaturgiya), bu barədə də xeyli nikbinəm.
 
Bu sözləri şair Yusif Nəğməkar Azərbaycan yazarlarının dünya oxucusu ilə mətn səviyyəsində əlaqə yaratması yolları haqda Axar.az-a danışarkən deyib. O, milli ədəbiyyatın, sənətin təbliğinin mühüm olduğunu bildirib:
 
“Bu gün dünya oxucusunu maraqlandırmağın, diqqətini cəlb etməyin dəyişməz yolunu onda görürəm ki, yazdığımız əsərlər mövzu aktuallığı ilə yanaşı, həm də obrazlı, bədii dilə malik, milli və bəşəri olmalıdır. Bu yerdə iki misramı xatırlayıram:
 
Millətin millisi olmayan şair
Dünyanın dillisi olsa da heçdir…
 
Bu gün  ən inkişaf etmiş ölkələrdə belə bizim daha çox milli olan mənəvi sərvətlərimizə heyrətlənirlər. Deyək ki, bir ingilis, yaxud bir fransız üçün hər hansı Azərbaycan xanəndəsinin oxuduğu muğam, yaxud xalq mahnımız milli özünəməxsusluğu ilə maraq doğura bilər, nəinki azərbaycanlının fransız və ingilis mahnısı oxuması (nə qədər mükəmməl ifa etsə belə). Eynən ədəbiyyatda da belədir. Bu bir pozulmaz qanundur ki, normalda milli olan bəşəridir, bəşəri olan milli olmaya da bilər.
 
Yaxşı ki, indi istedadlı gənc qələm sahiblərimiz də yetişməkdədir. Ancaq onlar istedadlarını düzgün yönə tutanda daha çox uğur qazanırlar. Mən vaxt, imkan tapdıqca gənc yazarların əsərlərini oxuyuram. Hətta onlardan öyrənirəm də. Təəssüf ki, sənətə təzəcə qədəm qoyanlardan bəziləri özlərindən əvvəlki nəsli qismən, yaxud tamamilə inkar yolunu tutmaqla məşhurlaşmaq istəyirlər. Bu isə qorxulu meyildir. Mən cavan nəslin həm  ədəbiyyat korifeylərinin, həm də özümüzün yaşlı nəsil yazıçı və şairlərimizin əsərlərini oxuyub onlardan bəhrələnmələrinin tərəfdarıyam. Çünki hər bir yenilik, hər bir modern addım yalnız kök üstündə boy atanda daha dolğun, qəbul edilən olur. Belə də çağdaş ədəbiyyatımız dünya üçün də intensiv maraq səviyyəsinə qaldırıla bilər”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org