Gencin doyulub hebs edilmesi iddiasina DİN-den – Reaksiya

19:56 – xeber – Şəmkir Rayon Polis Şöbəsində inanılmaz özbaşınalığın baş verməsi, avtomobili yol polisi əməkdaşları tərəfindən saxlanılaraq duracağa aparılan şəhər sakini Anar Süleymanovun guya RPŞ-də döyülərək təzyiqə məruz qalması, nəqliyyat vasitəsinin buraxılmasının müqabilində sonuncudan təmənna güdülməsi barədə anası İ.Süleymanovanın söylədikləri böhtan xarakterli olmaqla, baş vermiş hadisənin mahiyyətinin bilərəkdən, təhrif olunmuş formada təqdimatından, hüquqazidd əməllər törətmiş övladının ictimai rəydə günahsız obrazının yaradılmasına yönəlmiş cəhddən başqa bir şey deyil. 
 
Bu sözləri Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə ilə bağlı Axar.az-ın sorğusunu cavablandırarkən deyib. Şöbə rəisi bildirib ki, əslində iyunun 14-də Şəmkir RPŞ DYPB-nin əməkdaşları yeniyetmələrin "Son zəng" günündən istifadə edib qanunsuz olaraq nəqliyyat vasitələrini idarə etmələrinin qarşısını almaq üçün şəhər ərazisində növbəti reyd keçiriblər: 
 
“Bu zaman Anar Süleymanova məxsus, lakin iddia edildiyi kimi sahibi tərəfindən deyil, onun qonşusu və həmyaşıdı olan digər şəxs tərəfindən idarə edilən KİA markalı avtomobil DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomaşın saxlanılarkən sükan arxasında olan Natiq Həsənovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Onun yanında əyləmiş A.Süleymanov isə polisin qanuni tələblərinə qəsdən tabe olmadığı, özünə məxsus avtomobilə dair hər hansı sənəd təqdim etmədiyi, rayon DYP bölməsinə getmək təklifindən imtina etdiyi azmış kimi, öz qanuni vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına ictimai yerdə təhqiramiz ifadələr işlədib və hadisə yerini tərk edib. İndi anasının ədalətsizliyin qurbanı kimi təqdim etdiyi övladının qanunsuz hərəkətlərindən sonra polis əməkdaşları küçədə sahibsiz qalmış avtomobili mühafizə olunan duracağa aparıblar. 
 
İyunun 14-də Polis Şöbəsinə oğlunun və avtomobili idarə edən şəxsin gəlmələri, müvafiq sənədləşmə aparıldıqdan, törədilmiş inzibati xətaya görə cərimə ödənildikdən sonra KİA-nı duracaqdan götürə biləcəkləri DYPB-nin rəisi Eldar Həsənov tərəfindən İ.Süleymanovanın nəzərinə çatdırılıb. Lakin A.Süleymanov iyunun 16-da səhər DYP bölməsinə tək gələrək iki gün öncə etdiyi nalayiq hərəkətləri təkrarlayaraq, onu intizama dəvət edən bölmə rəisi və yol polisi əməkdaşlarının ünvanına yenidən təhqirlər yağdırıb, bu dəfə də avtomobilə dair heç bir sənəd təqdim etmədiyi halda avtomobilinin buraxılmasını tələb edib. Qanunvericiliyə uyğun olaraq, Anar Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib. Məhkəmə isə A.Süleymanovun 10 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul edib. İndi İ.Süleymanovanı polisə qarşı açıq-aşkar böhtan atmağa, şantaj etməyə sövq edən səbəb də məhz sonuncu amildir".
 
Xatırladaq ki, ötən gün A.Süleymanovun anası İlhamə Lətifova saytımıza müraciət edərək,  Anar Rauf oğlu Süleymanovun idarə etdiyi KİA markalı, 57 BO 635 dövlət nömrə nişanlı avtomobilin Şəmkir RPŞ-nin yol polisi əməkdaşları tərəfindən saxlanıldığını, 20 yaşlı oğlundan rüşvət tələb edildiyini və tələb olunan rüşvəti gətirməsi üçün buraxıldığını, maşının isə RPŞ-nin duracağına aparıldığını bildirmişdi. Ananın sözlərinə görə, A.Süleymanov tələb edilən rüşvət əvəzinə DİN-in 102 “qaynar xətti”nə müraciət etdiyi üçün iyunun 16-da maşınını aparması adı ilə Şəmkir RPŞ-nə dəvət edilib və orada polisləri təhqir etmə adı ilə saxlanılaraq, əvvəlcə döyülüb, daha sonra isə məhkəmənin qərarı ilə barəsində 10 sutka həbs cəzası seçilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org