Gencenin yeni taksileri (FOTO)

7 Yanvar 2016 18:11 – xeber –
Gəncə artıq rəsmi olaraq Avropa Gənclər paytaxtıdır. Nizami yurdu bu il şəhərə üz tutacaq xarici qonaqları qəbul etməyə hazırlaşır. Bu istiqamətdə daha bir yenilik həyata keçirilib. Belə ki, şəhərin küçələrində "Gəncə Avropa Gənclər Paytaxtı-2016" loqolu taksilərə rast gəlmək olur. 
Olkem.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu maraqlı təşəbbüs Naxçıvan Avtomobil Zavodu tərəfindən irəli sürülüb. Müəssisədə istehsal olan NAZ Lifan avtomobilləri "Gəncə AGP-2016" loqoları ilə bəzədilərək Nizami yurduna göndərilib. Hazırda şəhərdə fəaliyyət göstərən bu cür taksilərin sayı 6-dır. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulub.  
Məqsəd Rəhimov – NAZ-ın mətbuat xidmətinin rəhbəri: "Gəncənin "Avropa Gənclər paytaxtı" olması ilə əlaqədar, şəhərimizə Avropadan və dünyanın müxtəlif ölkələrindən xeyli sayda həm qonaqlar, həm də turistlər gələcək. Təbii ki, müasir standartlara cavab verən, hər bir şəraiti olan taksilərin şəhərimizdə fəaliyyət göstərməsi vacibdir. Bu baxımdan da Naxçıvan Avtomobil Zavodunun rəhbərliyi Gəncədə belə bir xidmətin fəaliyyət göstərməsini planlaşdırdı".
Bu taksilərin sürücüləri vahid formadan istifadə edir. Qısa vaxt ərzində istismara verilməsinə baxmayaraq, taksilər şəhər sakinlərinin marağına səbəb olub. 
Nicat Mahmudov – sürücü: "Tələbat var. Minirlər, gəzdiririk şəhərdə. Turistlər də gələndə otururlar taksilərə, gəzdiririk. Tarixi abidələrimizlə tanış edirik, gəzməli-görməli yerlərə aparırıq. Məsələn, Nizami məqbərəsidir, Şah Abbas Məscididir və s".
Yaxın vaxtlarda taksilərə taksometrlər də quraşdırılacaq ki, bu da dünya təcrübəsinin şəhərimizdə tətbiqi deməkdir.
Sakinlər, xüsusi ilə də şəhərə gələn xarici qonaqların taksilərdən istifadəsini asanlaşdırmaq üçün çağrı mərkəzinin yaradılması da planlaşdırılır.
Gəncədə yeni taksi xidməti ilə məşğul olmaq istəyənlər 11.500 manat ödəməklə və ya 3 illik kreditlə "Naz Lifan"ları əldə edə bilər.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org