19:00 – xeber – Gəncədə mebel sexi yanıb.
Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materiallar 180 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.