"Gelsin, uzume desin" – QALMAQAL

17 İyun 2016 12:50 – xeber –
"Ömrün illəri" mahnısı iki sənətçini – müğənni İntiqam Kərimovla İlqar Xəyalı üz-üzə qoyub.
 
Publika.az-a açıqlama verən İ.Kərimov illər öncə oxuduğu mahnının ilk ifaçısı olmasına baxmayaraq həmkarı İlqar Xəyalın da bu iddiaya düşdüyünü deyib:
 
"Bu mahnının əsl adı "Ömrün illəri"dir, amma "Sən tufanla oynama" kimi tanınır. Sözləri Mirvari Dilbaziyə, musiqisi Mikayıl Vəkilova məxsus olan bu mahnını 1986-cı ildə fəaliyyət göstərdiyim "Ekspress" qrupunda ifa etmişəm. Mənim ifamla da bu mahnı məşhurlaşıb. Elçin İmanov da buna şahiddir. O vaxt "Ekspress" ansamblı Dəmiryolları İdarəsinin nəzdindəki mədəniyyət mərkəzinə tabe idi və onların icazəsi olmadan mahnı oxuna bilməzdi. Elçin İmanov da həmin idarənin müdir müavini idi.
Ondan icazə alandan sonra mahının oxudum. Gedin ondan soruşun. Sonra "Karvan" qrupunun iki üzvü o mahnını duet şəklində oxudu. İlqar Xəyal isə 90-cı illərdə mahnını ifa etməsinə baxmayaraq ilk ifaçı kimi özünü tanıdır. Mənim üzümə bunu deyə bilməz, ona görə də mən olmadığım yerlərdə bu iddia ilə çıxış edib. Bir neçə dəfə efirdə də söyləyib. Amma mən susmuşam. Gəlsin, üzümə desin".
 
Qalmaqallardan uzaq olduğunu deyən İ.Kərimov uzun illər buna görə susduğunu deyib:
 
"Mən qalmaqal adamı deyiləm, qalmaqal etsəydim, indi Azərbaycanda ən çox tanınan müğənni olardım. Amma mənə belə şeylər lazım deyil. Mahnının ilk ifaçısı olur və hər bir kəsin də borcudur ki, oxuyanda həmi ifaçının adını çəksin".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org