Gedebeyde selin vurdugu ziyan aradan qaldirilir

23:10 – xeber – Gədəbəydə güclü yağış və selin fəsadları aradan qaldırılır. Kənd yolları xüsusi texnika vasitəsilə təmizlənir. Qəzalı vəziyyətdə olan 6-ya yaxın körpü təmir olunur. Sel nəticəsində kənd yollarının kənarında sürüşmə iri çuxurların yaranmasına səbəb olub.
 
ANS-nin məlumatına görə, təbii fəlakət nəticəsində Gədəbəyin Düz Rəsullu, Çay Rəsullu, Göyəlli və digər kəndləri Axınca çayının daşması nəticəsində xeyli ziyan çəkib. Düz Rəsullu kənd sakini 32 yaşlı Osman Rzayev çaydan keçmək istəyərkən selə düşüb və həyatını itirib. Təbiətin şıltaqlığı kənd təsərrüfatına da ciddi ziyan vurub. Əkin sahələri selin altında qalıb. İri və xırda buynuzlu mal qara tələf olub. 
 
Yerli sakinlər sonuncu dəfə belə güclü yağışın 30 il əvvəl yağdığını deyirlər. Güclü yağış və selin vurduğu ziyanla bağlı təxmini göstəricilər artıq məlumdur.
 
Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, 70-ə yaxın xırda buynuzlu, 15 iribuynuzlu mal-qara məhv olub. Eləcə də 1000 hektar əkin sahəsinə ziyan dəyib. Bir neçə ev qəzalı vəziyyətə düşüb. Rayona dəyən ziyan yaxın günlərdə dəqiqləşəcək.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org