"Gah kecmis erimle barisdigim, gah da is adami ile…" (FOTO)

10 May 2016 17:04 – xeber –
Aşıq Samirə  şəxsi həyatı ilə bağlı tez-tez mətbuatda müxtəlif məlumatların yayılmasından narahatdır. 
Olkem.az xeber verir ki, o, bu haqda musavat.com saytına açıqlama verən zaman deyib: "Gah keçmiş ərim ilə barışdığım, gah da iş adamı ilə ailə qurduğum barədə yazdılar. Şəxsi həyatımın bu qədər müzakirə olunması xoş deyil. Haqqımda yalan məlumatlar yayanlar cavabını aldı. Övladlarım böyüyür. İstəmirəm ki, naşı əllərin yazdığı yalan xəbərlər ailəmdə problem yaratsın. Hər zaman evimin içi üzdə olub, buna yol verdiyim üçün peşmanam. Ürək açıqlığı edib, şəxsi həyatından danışırsan, lakin haqqında şər-böhtan yazırlar". 
Sənətçi imicində etdiyi dəyişiklikdən də bəhs edib: "Qadınlar adətən, imic dəyişməyi sevirlər. Mən isə onlardan deyiləm. Mənim üçün dəyişiklik riskdir. Buna baxmayaraq, saç rəngimi, geyim üslubumu dəyişdim. Saçlarımı qırmızı rəngə boyamaq böyük risk idi. Həm saçlarım yana, həm də mənə yaraşmaya bilərdi. Şükür ki, saçlarıma zərər dəymədən dəyişikliyi edə bildim. Payız aylarında tamaşaçılar Samirəni fərqli imicdə görəcək".
Samirə yaradıcılığı ilə bağlı yenilikləri payız aylarına saxladığını da qeyd edib: "Yeniliklərim çoxdur, yay girməmiş mahnı təqdim etmək istəyirəm. Yay boyunca istirahət edəcəyəm. Qalan işləri payıza saxlayacağam. Payız girər-girməz işlərimə start verəcəyəm. Məni sevənlərə gözəl sürprizlərim var".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org