Fransaya Ollanddan daha cox komek etmisem – İbrahimovic

00:06 – xeber – PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç bu gün jurnalistlərin suallarını cavablandırıb. 
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kapitanı olduğu İsveç millisiylə birgə Avro-2016-nın oyunları üçün Fransada olan İbra yerli jurnalistlərin müxtəlif mövzuda olan suallarına cavab verib.
 
– Gəlin, puldan danışaq.
 
– Olar. Pul çox şeyi həyata keçirməyi asanlaşdırır, amma xoşbəxtlik deyil. İnsanlar bunu başa düşməlidir.
 
– 2015-ci ildə sizin gəliriniz 20 milyon avro olub.
 
– Cəmi elə bu qədər?
 
– Təxminən.
 
– Yalnız ilin ilk hissəsində 20 milyon olub.
 
– Bu, çox böyük məbləğdir.
 
– Çox nəyə deyirsiniz? Mən bunu başa düşmürəm. Qiyməti bazar müəyyənləşdirir. Çox, ya az – bu, mənim problemim deyil. Bazar deyir ki, sənin qiymətin bu qədərdir. Əgər başqa oyunçu məndən on dəfə güclüdürsə, qazancı da onqat artıq olacaq.
 
– Başa düşürsünüz ki, bu qədər yüksək rəqəm iqtisadi böhran vaxtında çoxlarını şoka sala bilər?
 
– Siz bilirsiniz ki, mən nə qədər vergi verirəm?
 
– Yox. Deyin!
 
– Mən Fransaya sizin prezident Fransua Ollanddan çox kömək etmişəm.
 
– Amma 75 faizlik vergi indi gündəmdə deyil.
 
– Okey. Siz əminsiniz? Mən vergi verməkdə davam edirəm. Mən çox vergi verirəm.
 
– Bir az da Fransa haqda danışın.
 
– Mən gəldim və burada hamıdan güclü oldum.
 
– Bəs, başqa nəsə deyə bilərsiz?
 
– Yox. Bu qədər kifayətdir.
 
– Siz 2015-ci ilin martında Fransanı bərbad öldə adlandıranda əhali şoka düşmüşdü.
 
– Bu məsələdə söhbət futboldan gedirdi. Bunun ölkənin özü ilə əlaqəsi yox idi. Düzdür, mən bu sözləri deməklə səhv etmişdim. Amma bir daha qeyd edirəm, bunlar futbola aid idi. Dörd il yaşadığın ölkəni sevməmək mümkün deyil. Əgər burda yaşamaq xoşuma gəlməsəydi, daha erkən gedərdim.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org