Fransa sefiri Azerbaycan Xalca Muzeyinde (FOTO)

29 Dekabr 2015 20:50 – xeber –
Dekabrın 29-da Fransanın Bakıdakı səfiri Aureliya Buşez Azərbaycan Xalça Muzeyinin qonağı olub.
Muzeydən Trend-ə verilən məlumata görə, görüşdə muzeyin direktoru Röya Tağıyeva müəllifi olduğu "Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində" adlı kitabını səfir xanım A.Buşezə hədiyyə edib. Bu kitab Fransanın Azərbaycandakı səfirliyi tərəfindən franasız dilinə tərcümə olunub.
Görüş zamanı Xalça Muzeyinin Fransa muzeyləri ilə sıx əlaqəsindən söhbət açılıb. Azərbaycan Xalça Muzeyi Fransa mədəniyyət qurumları ilə sıx əlaqələrə malikdir. 2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illiyinə həsr olunmuş "Azərbaycan xalça sənəti" adlı IV beynəlxalq simpoziumunu misal göstərmək olar. Ötən ay Fransanın məşhur Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi də Muzeydə olub. Məqsəd Luvr Muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir.
Görüşdə vurğulanıb ki, Luvr Muzeyi kimi böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir. Ən qiymətli, nadir nüsxəli Azərbaycan xalçaları Luvr Muzeyində saxlanılır ki, onların da sayı 50-yə yaxındır.
Qeyd olunub ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin.
Daha sonra ekspozisiyanı gəzən səfir Azərbaycan mədəniyyətinə və incəsənətinə heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org