00:17 – xeber – Fransa 2022-ci ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi etməsi üçün rüşvət verməkdə ittiham olunan Qətəri məhkəməyə verməyə hazırlaşır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə fransız vəkil Elian Houlette “Avropa 1” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, rüşvət iddiaları ilə bağlı bəzi dəlillər mövcuddur:
“Qətəri məhkəməyə verməyi planlaşdırırıq. Əlimizdə bunu sübut edəcək dəlillər var. Cinayət işi açılarsa, UEFA-nın sabiq prezidenti Mişel Platini buna müdaxilə etməyəcək”.
Xatırladaq ki, 8 oktyabr 2015-ci ildə FİFA Platininin 6 il beynəlxalq futbol təşkilatlarından uzaqlaşdırılması və 80 min İsveçrə frankı məbləğində cərimə olunması barədə qərar çıxarılıb. Lakin sonradan bu qərar 4 ilə endirilib.