[r32]
– xeber –
Fransanın 50-yə yaxın dövlət məmuru evsizlərin probleminə diqqət çəkmək üçün bütün gecəni çöldə yatacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, belə təşəbbüslə Etamp kommunası sədrinin müavini Eson Mama Si çıxış edib.
"Ötən il küçələrdə 500 adam ölüb. 2018-ci ildə təkcə Parisdə 13 nəfər evsiz vəfat edib. Bu səbəbdən fevralın 28-də 50-yə yaxın dövlət məmuru Austerlitz vağzalı yaxınlığında küçədə yatacaq", – deyə Si bildirib.
Qeyd edək ki, Parisdə təxminən 5 min evsiz insan yaşayır.