Fransa mediasi Ag Evin Qarabag cagirisindan yazdi

19:02 – xeber – Fransızdilli www.lelezard.com saytında “Ağ Ev Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının qaytarılmasına çağırır” başlıqlı məqalə dərc olunub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə başlayan, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalan Sərsəng su anbarına görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya Obama administrasiyasının cavabından danışılır.
 
Petisiyanın nəzərdə tutulduğundan üç dəfə artıq imza topladığı diqqətə çatdırılır.
 
Məqalədə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafınfakı 7 rayondan söz açılır, AŞPA, BMT, Avropa Parlamenti və ATƏT kimi bir çox beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağrışları vurğulanır.
 
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
 
http://www.lelezard.com/communique-10509552.html

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org