Formula-1 yarisinda yeni sistem

14:34 – xeber – Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisində itirilmiş əşyaların elektron axtarışı və qeydiyyatı fəaliyyət göstərəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “eTap” adlı layihə Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisi ilə əməkdaşlıq çərçivəsində, yarış günlərində, iştirakçılara və tamaşaçılara öz xidmətini təqdim edəcək.
 
Əsas fəaliyyət, itirilmiş və ya tapılmış əşyaların elektron qeydiyyatı və sahibinə qaytarılması isitqamətində yüksək xidməti təmin etməkdən ibarət olacaq.
 
Əşyanı itirmiş və ya tapmış şəxslər, məlumat mərkəzlərinə yaxınlaşaraq, müvafiq formanı dolduraraq, “eTap” sistemində qeydiyyata düşəcəklər.
 
İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək Etap.az adlı bu layihə vasitəsilə itirilmiş əşya sahibləri itirdikləri əşya barədə saytda pulsuz elan verə biləcəklər. Layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır.
 
Artıq 01.02.2015-ci il tarixindən vebsaytla bərabər, rəsmi Feysbuk səhifəsi https://www.facebook.com/etap.az fəaliyyət göstərir.
Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı Metropoliteni, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla quracağımız əməkdaşlığı, həmçinin layihənin gələcəkdə region üzrə bazara çıxma ehtimalını nəzərə alaraq qeyd etmək mümkündür ki, qeyd olunmuş istifadəçi sayı dəfələrlə arta bilər.     
 
Etap.az xidmətlərini tamamilə pulsuz təqdim edir, lakin ödənişli “premium” elanların imkanlarından istifadə edərək elan sahibləri elanın daha çox görüntülənməsini əldə edə bilər.
 
Əgər siz də hər hansı bir əşya itirmisinizsə və ya tapmısınızsa aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamağınız xahiş olunur. Tel 070 234 10 26 ; [email protected] ; www.etap.az; https://www.facebook.com/etap.az

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org