Fond rehberi dollar emanetlerinden danisdi

17:21 – xeber – Bu il martın 2-dən 2019-cu il martın 1-dək banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır.
 
Axar.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov mətbuat konfransında məlumat verib.
 
Fond rəhbərinin sözlərinə görə, “Əmanətlərin tam sığortalanması haqqında" qanuna müvafiq olaraq, əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək. Fondun Himayəçilik Şurasının martın 1-də keçirdiyi iclasında qəbul olunmuş qərara əsasən, martın 1-dən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 %, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % müəyyən edilib. Həmin gündən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 %-dən və milli valyutada 12 %-dən yuxarı olarsa, bu əmanətlər fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
 
“Əgər əmanətçi martın 1-də əmanətini 12% ilə dollarda yerləşdiribsə, bu əmanət qorunur və sığortalanır. Əgər əmanətçinin yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan artıqdırsa, bu zaman o, əmanətini dollarda 3% ilə yerləşdirməlidir. Əgər 100 min manat yerləşdiribsə, onun əmanəti qorunur və sığortalanır. Çünki manatda faiz dərəcəsi dəyişməyib, limit aradan qaldırılıb. Yəni Azərbaycan manatında qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməz qalıb – 12%. Manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb", – A.Cavadov qeyd edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org