Fond musabiqe elan etdi

13:32 – xeber – Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda müsabiqə elan edib.
 
Fondun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunmasıdır.
 
Müsabiqənin şərtləri:
 
Müsabiqəyə 23 fevral 2016-cı il tarixdən 23 mart 2016-cı il tarixədək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim  olunmalıdır.
 
Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 23 mart 2016-cı il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış  Komissiyaya təqdim edilməlidir.
 
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalənin və teleradio materialının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
 
Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:
 
1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.
 
Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:
 
1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.
 
Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat – cəmi 1500 manat məbləğində.
 
Eyni zamanda bildiririk ki, komissiyaya Dövlət Sosial Müdafiə Fonduun sədr müavini Zakir Babayev rəhbərlik edir.
 
Müsabiqə komissiyası.
 
Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti 80
 
Dövlət Sosial Müdafiə Fondu  Əlaqə telefonu: 434-60-12

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org