Fond bazari bir gunde 590 milyard dollar itirdi

5 Yanvar 2016 12:38 – xeber –
Çinin əsas fond indeksləri – "Shanghai Composite" və "CSI300"  dünən, yanvarın 4-də, 7%-ə yaxın azalıb. Report-un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Çin fond birjalarındakı azalma milli valyuta – yuanın da zəifləməsinə gətirib çıxarıb. CNY/USD məzənnəsi 6,48-dən 0,8% artaraq 6,53-ə çatıb. Honkonqda isə yuanın məzənnəsi son 5 ilin minimumuna (6,63 CNY/USD) enib.
Qeyd edək ki, 2016-cı ilin ilk iş günündə Çin bazarlarında, o cümlədən yuanda analoji sürətli azalmaya əsas səbəb istehsal sektorunda işgüzar fəallıq indeksinin (PMI) proqnozlaşdırılandan zəif açıqlanması olub. Bu göstərici bazar iştirakçıları tərəfindən 49 olması ehtimal edilsə də, faktiki 48,2-ə bərabər olub. Nəticədə, Çinin əsas fond birjaları sərt satışla üzləşib. PMI indeksi ardıcıl olaraq 10 aydır 50 bənddən aşağı həddədir. Bildirək ki, Çin qanunvericiliyinə uyğun olaraq, ölkədəki istənilən birjada indeksdə gündəlik azalma 7%-ə çatarsa, əməliyyatlar dərhal dayandırılır. Dünən, yanvarın 4-də, "Shanghai Composite" indeksi 3536 bənddən 3296 bəndə enib. "Citigroup Inc.", "Deutsche Bank AG" və "Nomura Holdings Inc." kimi nəhəng maliyyə korporasiyalarının nümayəndələri hesab edirlər ki, qanunvericiliyin bu tələbi bir çox investorun satış sürətləndikdə əllərindəki səhmləri daha tez sataraq ondan qurtulmaq istəklərinin satışın ikiqat sürətlənməsinə səbəb olur. Bu gün, yanvarın 5-də, "Shanghai Composite" indeksi 0,5% və ya 15 bənd azalıb və 3280 bəndə bərabərdir, əməliyyatlar hələ davam edir. Qeyd edək ki, Çin fond bazarının ümumi kapitallaşması bu ilin əvvəlinə 8,4 trln. ABŞ dolları təşkil edib.
Çin Xalq Bankı (PBOC) bu gün maliyyə bazarlarına əks-repo əməliyyatları vasitəsilə 130 mlrd. yuan (19,9 mlrd. dollar) likvidlik dəstəyi verib. Əks-repo əməliyyatlarında faiz səviyyəsi 2,25% olub. "Societe General"in Asiya bazarları üzrə faiz strategiyası şöbəsinin müdiri Frensis Çanq (Frances Cheung) bildirib ki, kapital axını likvidlik problemini daha da gücləndirəcək ki, bu da PBOC-un yumşaq monetar siyasəti davam etdirməsinə səbəb olacaq.
"Report"un analitik qrupu hesab edir ki, "Shanghai Compostie"  indeksinin 2016-cı ildə 2300-2500 səviyyəsinə qədər geriləyəcəyi ehtimal olunur. CNY/USD məzənnəsinin bu il ilk mərhələdə 6,80 səviyyəsinə çatması, daha sonra 7,20-8,00 diapazonuna qədər artması proqnozlaşdırılır. 
Qeyd edək ki, yuanın devalvasiyası ABŞ dolları istisna olmaqla, demək olar ki, bütün dünya valyutalarının məzənnəsinə mənfi təsir edəcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org