Filosofdan genclerin opusmesi qalmaqalina – Munasibet


[r32]
– xeber –
Jurnalistin öpüşmək istəyən gənclərə təpik atması özünün tərbiyəsiz saydığı hərəkətə normal adamların tərbiyəsiz saydığı hərəkətlə cavab verməsidir.
Bu sözləri tanınmış filosof Niyazi Mehdi jurnalist Xaqani Səfəroğlunun metroda öpüşmək istəyən gənclərə sərt reaksiya göstərməsi haqda Kult.az-a danışarkən deyib. Filosof həm gənclərə, həm də onların bu hərəkətini qınayanlara səslənib:
“Gəncliyimizdə bir çoxumuz küçədə öpüşmək “suçuna batmışıq”. Bəzən kinoların təsiri altında, bəzən sevgimiz aşıb-daşanda. Bu elə bir qəbahət deyil ki, öz gücündən və ya həyasızlığından istifadə edib gəncləri alçaldasan. Sözsüz, öpüşən gənclər bununla çevrəyə saymazyanalıq bildirirsə, adam buna hirslənməyə bilməz. Ancaq bəlkə saymazyanalıq bildirmirlər, sevgilərinin əsir-yesiri olublar?! Hər dəfə araşdırma aparmaq çətindir. Onun üçün də ən yaxşısı tolerant olmaqdır. Beləliklə, bu mürəkkəblikdə öpüşənlərə iki baxış ola bilər. Birində ürəyindən keçə bilər ki, “öpüşürlər, cəhənnəmə öpüşsünlər”, o birində ürəyindən “bunlara noolub?!” nidası keçə bilər. Ona görə də məsələyə mənim yanaşmam belədir: ey gənclər, çox öpüşmək istəyirsinizsə, hövsələ edin, xəlvət yerə keçin! Ey buna pis baxanlar, belə boş-boş şeyləri ürəyinizə salmayın. Ancaq zibil qutusu ola-ola siqareti yerə atanlara, bulvarda oturub dörd yanlarını tum qabıqları ilə zibilləyən qızlara pis baxın. Pis baxın, danlayın, ancaq saçlarından tutub dartmayın!”
Qeyd edək ki, jurnalist Xaqani Səfəroğlu metroda öpüşmək istəyən gənclərə sərt reaksiya verib. O, sosial şəbəkədə yazdığı statusda həmin gənclərə təpik vurub, “eşşək” dediyini, sonra isə qatardan qovduğunu bildirib. Sözügedən hadisə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org