Fikret Memmedov Rusiyanin edliyye naziri ile gorusdu

21:03 – xeber – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikirlər iyunun 9-da Azərbaycanda səfərdə olan Rusiyanın ədliyyə naziri Aleksandr Konovalovun respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşündə səslənib.
 
Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolunu qeyd edib. Nazir ötən ilin payızında Sankt-Peterburqda keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik konfransı çərçivəsində görüşünü xatırladıb.
 
F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb.
 
A.Konovalov Azərbaycan ilə Rusiya arasında tarixi dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. Qonaq hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.
 
Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.
 
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub. Rusiyanın ədliyyə nazirinə müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim olunub.
 
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org