FİFA tarixi qerari verdi: Rusiyada hakimlere komek edilecek


[r32]
– xeber –
Beynəlxalq Futbol Federasiyası (FİFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunmasını dəstəkləyib. Həmçinin VAR sistemi 2018-ci il keçiriləcək futbol üzrə dünya çempionatında da istifadə ediləcək.

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu qərar fevralın 3-də İFAB-ın FİFA rəhbəri Canni İnfantinonun rəhbərliyi ilə keçirilən iclasından sonra qəbul olunub.
Hakimlərə video kömək sistemi artıq Fransa və İtaliya kimi bir neçə Avropa ölkəsində, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda istifadə edilib. Fevralın sonlarında UEFA rəhbəri Aleksander Çeferin Çempionlar Liqasının gələn mövsümdəki oyunlarında VAR sisteminin tətbiq edilməyəcəyini bildirib.
Bu sistemin məqsədi qol, penalti, oyunçunun meydançadan qovulması və futbolçuların sarı və qırmızı kartla cəzalandırılması zamanı səhvlərdən yayınmaqdır.
Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org