FHN-in Nardaranda yeni bolmesi acildi – Foto

17:40 – xeber – Nardaran qəsəbəsində 24 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olub.
 
FHN-dən Axar.az-a verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bölmənin inzibati binasının açılışını bildirən qırmızı lenti kəsib.
 
Tədbirdə, həmçinin, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov iştirak edib.
 
Məlumat verilib ki, 30  nəfər şəxsi heyətin çalışacağı bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmə ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada  dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana vardır. Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunmuşdur. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.
 
Nazir müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq istifadəyə verilir. O, vurğulamışdır ki, bölmənin istifadəyə verilməsi ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org