00:30 – xeber – 19:35
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın baş verib.
Axar.az FHN saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
20:27
Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahə yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə, texnikası və nazirliyin Aviyasiyya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub.
Yanğın saat 19:27-də məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
00:30
Abşeron rayonu, Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos 15 ha sahədə yanıb.
Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və Aviyasiyya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.