FHN-de tentene: nazir mukafat verdi, meruze etdi ve… – Foto


[r32]
– xeber –
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə 14 dekabr 2017-ci il tarixində təntənəli tədbir keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə tər çiçəklər düzülmüşdür.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı Siyavuş Novruzov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iştirak ediblər.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi və 2017-ci ilin sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin təşkilində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.
Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 490 rəsm, 241 plakat, 202 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 111 yumşaq oyuncaq təqdim olunub.
Təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib, I yerə 32 nəfər, II yerə 39 nəfər III yerə 37 nəfər layiq görülüb, 30 nəfər isə həvəsləndirici diplomla təltif edilib.
Mükafatlandırma mərasimindən sonra FHN-in 2017-ci ildəki fəaliyyətinə, yaradılmasının 12-ci ildönümünə və peşə bayramına həsr olunmuş Kollegiya iclası keçirilib.
Kollegiya iclasını açıq elan edən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.
Nazir Kəmaləddin Heydərov ötən 2017-ci il ərzində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, əhalinin həyat təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilmiş tədbirlər, dövlət başçısının göstərişlərinə əsasən fövqəladə hadisələrlə üzləşmiş ölkələrə göstərilən yardımlar, FHN-in maddi-texniki bazasının daha da gücləndirilməsi ilə bağlı atılan addımlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə səxsi heyət adından dərin təşəkkürünü bildirib.
Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org