00:37 – xeber – FHN bir nəfərə yardım edib.
Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və uşağı aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:52-də başa çatıb.