Fernando Alonso Heyder Eliyev Merkezinde – Foto

18:40 – xeber – Formula-1 Avropa Qran-prisinin başlanmasına iki gün qalıb. Artıq yarışın pilotları ölkəmizə gəlirlər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iyunun 15-də Formula-1 üzrə ikiqat dünya çempionu, "McLaren Honda" komandasının heyətində yarışan və Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehirli ilmələr” qalereyasında olub.
 
Qonaq “Azərilmə”nin nadir Azərbaycan xalçalarından və məmulatlarından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.
 
Bildirilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir.
 
Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə maraqlanıb, qalereyanın zəngin eksponatları ilə tanış olub.
 
Sonra Heydər Əliyev Mərkəzinə gələn Fernando Alonsoya dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
 
Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil olunub. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
 
Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Fernando Alonsoya xatirə hədiyyələri təqdim olunub.
 
Sonra pilot Mərkəzdə fəaliyyət göstərən klassik avtomobil sərgisi ilə tanış olub.
 
Fernando Alonso Dənizkənarı Milli Parka gələrək burada fanatları ilə birgə velosiped sürüb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org