Faytoncu Nazimin biznesi cokdu

21:41 – xeber – Daha çox "Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyarinin biznesi çöküb.
 
Axşam.az saytının yaydığı məlumata görə, müğənni bu haqda "10-dan sonra" verilişində deyib:
 
"İlk dəfə deyil ki, biznesim bağlanır. Dəfələrlə olub ki, biznesə qatılmışam, amma alınmayıb. Qoyduğum pullar hədər gedib.
 
Məndə iş alınmır, batırıram. Mənimki oxumaqdan pul qazanmaqdır. Amma toydan əlavə gəlir yerinin olması yaxşıdır".
 
Qeyd edək ki, biznesi çökən, pulları batan Nazim Pişiyari tək deyil. Şou-biznes aləmində çoxlu sayda məşhurlar var ki, onlar da müxtəlif səbəblərdən iflasa uğrayıblar.
 
Musavat.com onların bəzisini təqdim edir:
 
Bir müddət öncə tanınmış müğənni Yaqub Zurufçu da banklarda 250 min dollarının batdığını bəyan etmişdi. Belə ki, müğənni Bakıya gələrkən “Royal Bank”a 250 min dollar əmanət qoysa da, sonradan bankın bağlanması ilə pullarının da taleyi bağlı qalıb. Müğənni pulları ilə bağlı üzləşdiyi problemlə bağlı prezidentə müracitə etmək məcburiyyətində qalıb. O, “Bakıda qərib olduğunu, heç bir yerdə işləmədiyini, maddi durumu haqda heç kəsə deyə bilmədiyini, bu səbəbdən də onun məsələsinə diqqət göstərilməsini” xahiş edib.
 
Özünü “biznes ledi” adlandıran müğənni İlahə Fəda da ötən il “bankrot” olduğu barədə açıqlama vermişdi. Lent.az-a danışan müğənni uzun müddət şou-biznes aləmindən uzaqlaşaraq xarici ölkədə biznes qurduğunu, lakin ölkəmizdə baş verən məlum devalvasiyadan sonra iflasa uğradığını bildirib. Buna baxmayaraq, müğənni biznesinin tam çökmədiyini, hazırda bir istiqamətdə fəaliyyətini davam etdiyini qeyd edib.
 
Biznesə qatılıb gəlir əldə etməkdənsə “bankrot” olan tanınmışlardan biri də tele-aparıcı Kamran Həsənlidir. Tele-aparıcı 2009-cu ildə müğənni Samir Piriyev ilə Türkiyədə şərikli obyekt götürdüyünü, bunun üçün hansısa şirkət ilə müqavilə imzaladığını, lakin şirkətin tezliklə iflasa uğraması ilə hər ikisinin pullarının batdığını deyib. Onun sözlərinə görə, adı çəkilən şirkətin iflasa uğraması ilə özünün 300 min avrosu, müğənninin isə 80 min manatı batıb. Xatırladaq ki, məsələ ilə bağlı müğənni Samir Piriyev və Kamran Həsənli arasında uzun müddət “80 minlik qalmaqal” yaşanıb.
 
Xalq artisti Aygün Kazımova isə bu günədək nə qazanıbsa hamısını dünyaca məşhur reper Snup Doqla birgə olan layihəyə xərcləyib. Müğənni açıqlamasında həmin layihəyə lazım olan 500 min üçün prezidentin ona verdiyi evi də satdığını qeyd edib.
 
Tele-aparıcı İlkin Həsəni də biznesdə özünü sınayıb, lakin iflasa uğrayan tanınmışların siyahısında yer alıb. Aparıcı iflas edən biznesi haqda bunları deyib:
 
“Vaxtilə mən də şərikli restoran işlədirdim. Lakin uduzduqlarımız çox olduğu üçün bu sahədən ayrılmışıq. Sonra düşündük ki, istedadımızdan maksimum istifadə edərək filmlər çəkib kinoteatrlarda yayımlayaq”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org