Ev telefonunun nomresini deyismeyin en asan yolu

7 Yanvar 2016 08:24 – xeber –
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindən abunəçilər şəhər telefon nömrəsini asanlıqla dəyişdirə bilər.
"Qafqazinfo" ıctnews.az-a istinadən xəbər verir ki, bunun üçün "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olmaq kifayət edir.
Belə ki, portalda qeydiyyatdan keçmiş, telefon nömrəsi öz adına olan abunəçilər RYTN-in "Telefon nömrəsinin dəyişdirilməsi" xidmətinə daxil olmaqla istəyini həyata keçirə bilər. Növbəti səhifədə portal istifadəçisinin adına olan şəhər telefon nömrəsi avtomatik olaraq açılacaq. Aşağı hissədə isə boş olan telefon nömrələrinin siyahısı əks olunacaq. Xüsusi düymə vasitəsilə həmin siyahıdakı istənilən nömrəni seçmək mümkündür. Qeyd edək ki, abunəçi özü nömrə seçimi etdiyi halda 50 AZN, seçmədiyi təqdirdə isə 20 AZN ödəməli olur. Bundan sonra "Davam et" düyməsini sıxmaq lazım gəlir.
Sifariş qəbul edildikdən sonra ödəniş məbləği, nömrə dəyişmə əməliyyatının hansı telefon qovşağı tərəfindən aparılacağı, ödəniş şifri və digər məlumatlar ekranda görünəcək. İstifadəçi "Online ödə" düyməsini klikləməklə internet vasitəsilə ödənişi apara bilər. Ödəniş 24 saat ərzində aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.
Xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində telefon nömrəsi dəyişdiriləcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org