Ev alanlarin diqqetine: ilin sonuna kimi…

19:52 – xeber – Bakının daşınmaz əmlak bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.
 
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib.
 
Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11 faiz azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: "İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04 faiz [dollarda qiymətlər 0,51 faiz artıb] azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23 faiz [dollarla 1,77 faiz artıb] artıb".
 
N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18 faiz, dollarda isə 1,72 faiz artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub – qiymətlər manatda 2,15 faiz, dollarda isə 1,62 faiz azalıb.
 
Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: "Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə üç faiz ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha iki faiz artacağı istisna olunmur".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org