Esgerlerimiz bele hazirlanir – Foto

15:38 – xeber – Silahlı Qüvvələrdə uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.
 
Müdafiə Nazirlıiyindən Axar.az-a verilən məlumata görə, Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır.
 
Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb.
 
Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.
 
Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org