Esedov polisin polkovniki doymesinden danisdi

17:28 – xeber – Bakıda yol polisi əməkdaşlarının Müdafiə Nazirliyinin polkovnikini döyməsi barədə xəbərə rəsmi aydınlıq gətirilib.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məsələ ilə bağlı Avtosfer.az-ın suallarını cavablandıraraq bildirib ki, "Mersedes" markalı, 99 CX 239 dövlət nömrə nişanlı avtomobili idarə edən Mehman Yusifov fevralın 24-də Suraxanı rayonu ərazisində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hərbi geyimdə və polkovnik rütbəsində olan Mehman Yusifov yol polisi əməkdaşlarına tabe olmayıb və ondan tələb olunan sənədləri verməkdən imtina edib. Eyni zamanda, onun spirtli içki qəbul etdiyi şübhə doğurduğu üçün yol polisləri onu tibbi müayinədən keçməyə dəvət ediblər. Lakin sürücü yenə də polisə tabe olmayaraq tibbi müayinədən imtina etdiyi üçün 33-cü polis bölməsindən gələn polis əməkdaşlarının köməyi həkim-narkoloqa dəvət edilib. Lakin o bu dəfə də tibbi müayinədən keçməkdən imtina edib. Bununla əlaqədar olaraq, Mehman Yusifov barəsində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən K-YP-243-601 saylı inzibati protokol tərtib edilib və tədbir görülməsi üçün Suraxanı rayon Məhkəməsinə göndərilib. Müdafiə Nazirliyində şöbə rəisi vəzifəsində çalışan polkovnik Mehman Yusifov barəsində tərtib edilmiş inzibati protokol hazırda məhkəmədədir. Lakin dünən Mehman Yusifov Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək guya hadisənin əsl səbəbini açıqlayıb və yol polisi əməkdaşları tərəfindən döyüldüyünü bildirib. 

Sputnik-in verdiyi məlumata görə, Yeni Günəşli massivində Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org