Esedin Qerb kesfiyyati ile elaqesi uze cixdi – Şok

18:19 – xeber – Suriya ilə Qərb kəşfiyyat xidmətləri arasında əlaqələrin olduğu üzə çıxıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Velt am Sonntaq” qəzeti məlumat yayıb.
 
Xəbərə görə, Suriya kəşfiyyatı ötən ilin noyabrında baş verən Paris teraktından bir neçə gün öncə terrorçular barədə Qərb ölkələrinə məlumat ötürüb.
 
Ayrıca, Almaniyanın xarici kəşfiyyat təşkilatı BND Beyrut vasitəsi ilə Suriya kəşfiyyatı ilə uzun müddət əməkdaşlıq edib. Hətta hər iki ölkənin kəşfiyyat nümayəndələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra bir neçə dəfə görüşüb.
 
Daha sonra qəzet Almaniyadakı koalisiya hökumətinin ictimai demokrat ortağı SPD nümayəndəsi Burkard Lişkenin Əsəd hakimiyyəti ilə əməkdaşlıqdan bəhs edən çıxışını xatırladıb:
 
“Silahlı hücum və Federal ordunun bölgədəki fəaliyyəti səbəbindən Suriya ilə ortaq maraqlarımızın olduğu məlumdur. Əməkdaşlıq hər iki ölkə üçün vacibdir”, – Lişke qeyd edib.
 
Qəzet Suriya kəşfiyyatının Qərb kəşfiyyat təşkilatları ilə koordinasiyalı əlaqəsinin polkovnik Xalid Hüsey tərəfindən qurulduğunu yazır. Bu əlaqələr 2014-cü ildə rəsmi Dəməşqin istəyi ilə baş tutub.
 
Əməkdaşlıq çərçivəsində rəsmi Dəməşq İŞİD-çilərə məxsus 3800 pasport məlumatlarını İnterpola ötürüb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org