Esed ordusu Turkiye serhedine irelileyir – Son 4 kend

00:20 – xeber – Suriyada Rusiya və İranın dəstəyi ilə rejim ordusu Türkiyə sərhədinə doğru irəliləyir. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Türkman Dağında türkmanlara qarşı soyqırım həyata keçirən rejim ordusu bu gün Qızıldağda yerləşən Murtlu kəndini, eləcə də Kələzdə strateji cəhətdən önəmli yerdə yerləşən bir təpəyə də nəzarəti ələ keçirib.
 
Kələz kəndində strateji təpələrin ələ keçirilməsi ilə birlikdə müxaliflərin nəzarətində olan bölgəyə də hakim olan Suriya rejimi mülki vətəndaşların olduğu Sallura doğru gedən yolu da gün ərzində atəş altında saxlayıb. 
 
Kələz, Qaramanlı və Bulayır kəndlərinin bombardmana məruz qalması sakinləri Türkiyə sərhədinə doğru axın etməyə vadar edib. Suriyalılar Türkiyə tərəfinə keçmək üçün sərhəd qapılarının açılmasını gözləyirlər.
 
Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Sınıq bölgədəki proseslərlə bağlı Tvitter hesabında türkmanlara yardım edilməsi üçün sərhəddəki xəstəxananın boşaldıldığını bildirib:
 
"Rejim ordusu Türkman Dağında çox ağır bir hücuma keçdi. Kələz, Qaramanlı xətti ələ keçirilir, Yamadı bir neçə saata təslim ola bilər. Xəstəxananı boşaldırıq".
 
Əldə edilən məlumata görə, Suriya ordusunun hazırki mövqeyini Türkiyə sərhədindən 4 kənd ayırır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org