“Ermenistan”in sahibinin oglu seheri bir-birine qatdi – Video

11:57 – xeber – Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində “Ermənistan” restoranının sahibinin oğlu “Hammer” avtomobili ilə küçələri bir-birinə qatıb.
 
Virtualaz.org xəbər verir ki, erməni avtoxuliqan əvvəlcə işıqforun qırmızı işığında keçib və patrul polisinin dayanmaq barədə tələbinə məhəl qoymayıb. Nəticədə polislər onu qovmağa başlayıblar.
 
“Hammer”in arxasınca bir neçə polis maşını düşüb. Hollivud filmlərinin süjetini xatırladan qovma əməliyyatı zamanı polis maşınlarından biri idarəetməni itirirərək səkiyə çıxıb və piyada qızı vurub. “Hammer”in sürücüsü də avtomobili səkiyə çıxarıb və iki piyadanı vuraraq onlar xəsarət yetirib.
 
Daha sonra Kremençuqdan çıxıb və qovma əməliyyatı Pesçanoe kəndində davam edib. “Hammer”in sürücüsü onu dayandırmağa çalışan polis maşınından yayınmaq üçün “Audi” avtomobili ilə tarana gedib, sonra maşındakı sərnişini düşürüb və maşını çöllüyə sürüb.
 
Ardınca maşından düşərək polislərin təqibindən piyada qaçmağa başlayıb. Polislər əvvəlcə sərnişini saxlayıb polis bölməsinə aparıblar.
 
Daha sonra “Hammer”in sürücüsünü də yaxalandığı haqda məlumat verilib. Qovma əməliyyatı zamanı ikisi polis maşını olmaqla üç maşın əzilib.
 

 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org