Ermenistanda yoxsulluq: Ayliq gelir ne qederdir?


[r32]
– xeber –
Ermənistanda insanlar acınacaqlı vəziyyətdə yaşayır, yoxsulluq həddi durmadan artır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Gürcüstandakı erməni icmasının internet portalında (armenian-community.ge) Ermənistan əhalisinin acınacaqlı vəziyyəti barədə məlumat yayılıb.
Portal Ermənistan Milli Statistika Xidmətinə istinadən bildirir ki, Ermənistanda yoxsulluğun həddi durmadan artır, əhalinin hər 10 nəfərdən 3-ü yoxsul vəziyyətdədir. Hazırda 880 min nəfər vətəndaş yoxsulluq statusuna malikdir. Ermənistan əhalisinin 295 min nəfərinin aylıq gəlirləri 69 dollar, daha kasıb olan 54 min nəfər vətəndaşın isə orta aylıq gəlirləri 48 ABŞ dolları miqdarındadır.
Məlumatda bu göstəricilərin Ermənistan kimi kiçik dövlət üçün fövqəladə təhlükə yaratdığı, hökumətin bu istiqamətdə fəaliyyətinin müsbət nəticə vermədiyi qeyd olunub.
Bununla yanaşı, portalda əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətlərinin gündən-günə artdığı, inflyasiya həddinin, işsizlik göstəricilərinin yüksəldiyi qeyd olunur və çıxış yolu kimi investisiya yatırımlarının həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilir. Lakin hakimiyyətdə olan Respublika partiyasının buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org