Ermenistanda herbi hisseler bele talanir – Foto

10:49 – xeber – Ermənistanda hərbi qulluqçular üçün hazırlanmış hazır qidalar İrəvanın mərkəzindən kənar inzibati rayonların ərazisindəki mağazalarda mülki əhaliyə satılır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.
 
Ermənistan mətbuatında yer alan xəbərlərə görə, İrəvanda müstəqil Antikorrupsiya Birliyinin apardığı yoxlamalar zamanı Erebuni, Nubaraşen və Kanaker – Zeytun inzibati rayonlarının ərazisindəki mağazalarda külli miqdarda Müdafiə Nazirliyinə məxsus və qadağan olunan hazır qidaların satıldığı aşkar olunub. Məhsulların haradan gətirildiyi və kimlər tərəfindən mağazalara paylandığı barədə mağaza sahibləri danışmaqdan imtina ediblər. 
 
Hazır qidaların sözügedən rayonların hərbi hissələrindən daşındığı ehtimal olunur. Müstəqil Antikorrupsiya Birliyi hazırladığı hesabat və şəkilləri Ermənistan Müdafiə Nazirliyinə sorğu üçün göndərsə də, nazirlikdən heç bir cavab almaq mümkün olmayıb.
 
Qeyd edək ki, bir müddət öncə Ermənistan mətbuatında Müdafiə Nazirliyinə məxsus konservləşdirilmiş qida və hərbi geyimlərin Polşa, Rumıniya və Çexiya mağazalarında satıldığı ortaya çıxmışdı.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org