Ermenistanda hakimiyyet belediyye seckilerinde qalib geldi

16:02 – xeber – Ermənistanda oktyabrın 2-də keçirilən bələdiyyə seçkiləri bəzi müxalifət partiyalarını məyus edib. Hər halda onların ümid etdikləri səsləri almadıqları görünür.
 
Musavat.com xəbər verir ki, həmin gün ölkənin 292 şəhər və kənd icması, o cümlədən Ermənistanın İrəvandan sonra ən böyük şəhərləri sayılan Gümrü  və Vanadzorda (Qarakilsə-red.)  yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq nümayəndələr seçiliblər.
 
Seçkilərdə hakim Respublika partiyasının qələbə qazandığı elan olunub. Belə ki, Gümrüdə hazırkı mer Samvel Balasanyan 34,64% səslə qalib gəlib. Müxalifətdə hesab olunan Tərəqqi edən Ermənistan partiyası 21, 7% səslə 2-ci yeri, Erməni dirçəlişi partiyası 10,62% səslə 3-cü yeri, QALA partiyası 10,49% səslə 4-cü yeri, 5,77% səslə Vəhdət partiyası 5-ci yeri, Gümrü ruhu partiyası isə 5, 74% -lə 6-cı yeri tutub.
 
Hakim koalisiyada olan Daşnaksütyun 5,36 %lik səslə 7-ci yerlə kifayətlənib.
 
Ermənistan mətbuatının yazdığına görə, Alyans, Vətəndaş müqaviləsi, Ermənistan Milli konqresi kimi müaxalifət partiyaları bələdiyyə seçkilərində uduzublar. Rəsmi rəqəmlərə inanılsa onların 2%-lik bayeri keçmədyi görünür.
 
Ermənistanın Mərkəzi Seçki Komissiyasının Vanadzor üzrə verdiyi rəqəmlər də təxminən eyni nəticələri nümayiş etdirib.
 
Belə ki, burada hakim Respublika partiyası 37,55%-lik səslə ilk sıranı tutub. Maarifpərvər Ermənistan 27, 54%-lə 2-ci yerdə, Erməni dirçəlişi 13,27%lik səslə 3-cü yerdə, Tərəqqi edən Ermənistan partiyası 7,26%-lə 4-cü, Daşnaksütun isə 6,37%-lə 5-ci yerdə qərarlaşıb Bu şəhərdə də keçirilən seçkilərdə də klassik müxalifətin Ermənitstan Milli Konqresi və Vətəndaş müqaviləsi partiyalarının 5%-lik baryeri keçmədikləri və bu səbəbdən yerli özünü idarətmə orqanlarında yer qazana bilmədikləri qeyd olunub.
 
Mətbuat bir sıra “bitərəf” namizədlərin seçkilərdə zəfər qazandığını yazır. Belə ki, hakim partiya bəzi şəhərlərdə hazırda vəzifədə olan merləri deyil, onların opponentlərini dəstəkləyib.
 
Məsələn Geqarkunik vilayətinin Sevan şəhərində hakimiyyət şəhərin meri və Respublika partiyasının üzvü Rudik Qukasyanın yerinə onun “opponenti” Sərgis Muradyanı dəstəkləyib. Təbii ki, belə olan halda sonuncu “qələbə çalıb”. Eyni əyalətin Martuni şəhərində də Respublikaçı Baqrat Arutunyan, “müstəqil” namizəd Armen Avetisyana “uduzub”.
 
Respublika partiyasında isə qələbəni bayram edirlər. Partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov partiyasının yerli özünü idarəetmə orqanlarına keçrilən seçkilərdən zəfərlə ayrıldğını bəyan edib. Onun sözlərinə görə müxalifət bu seçkilərdə fiyaskoya uğrayıb.
 
Ermənistan müxalifəti isə seçki prosesinin və səsvermənin olduqca aşağı səviyyədə rəqabət şəraitində keçrirldiyini bildirir.
 
Müxalifət hakimiyyətin karusel, seçicilərin pulla ələ alınması kimi metodlardan gen-bol istifadə etdiyini bəyan edib.
 
Müxalifət nümayəndələri bələdiyyə seçkilərinin ölkədəki siyasi situasiyanı dəyişdirməklə bağlı heç nəyi həll etmədiyini bildirirlər.
 
Ermənistanın Miras partiyasının sədri Armen Martirosyanın sözlərinə görə, hakimiyyət bələdiyyə seçkilərinə daha ciddi yanaşaraq öz mövqelərini əyalətlərdə möhkəmləndirib. “Burada sadə bir mexanizm hökm sürür: pulu kim verirsə, musiqini də o sifariş edir. Bizim yerli orqanlar mərkəzdən asılı olduqları və aydındır ki, oradan gələn bütün pullar qubernatorlar tərəfindən paylanıldığı üçün hakim partiyanın nümayəndələri bu seçkilərdə uğur qazana biliblər”.
 
Martirosyanın sözlərinə görə, hakimiyyəti yerli orqanlarda deyil, ümumi dövlət səviyyəsində dəyişmək lazımdır.
 
Ermənistanın Vətəndaş müqaviləsi partiyasının lideri Nikol Paşinyan da yerli orqanlara keçrilən seçkilərdə partiyasının aldığı səsləri təhlil edəcəklərini söyləyib.
 
Onun sözlərinə görə xalqın iradəsi olmadan hakimiyyəti dəyişmək mümkün deyil: “Ermənistanda vahid institusional müxalifət yaranmadıqca hakimiyyətin də dəyişməsi mümkünsüzdür. Doğrudur, aramızda (müxalifət partiyaları arasında –red.) müttəfiq münasibətlərinin qurulmasını təsəvvür emtək çətindir. Lakin hazırda vahid siyasi müxalif qüvvənin yaranmasının vaxtıdır”,- o parlamentdə jurnalistlərlə söhbət edərkən bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org