Ermenistan sefirliyi qarsisinda etiraz: Serkisyan terrorcudur


[r32]
– xeber –
Fevralın 26-da Moldova Azərbaycan Konqresinin gənclər təşkilatı ilə Moldova Azərbaycanlı Tələbələr Birliyi Kişinyovun mərkəzi meydanında yerləşən Ştefan Şel Mare heykəlinin önündə fləşmob təşkil ediblər.
Azərbaycanın Moldovadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, fləşmobdan sonra azərbaycanlı gənclər Moldovada Ermənistan səfirliyinə yürüş aksiyası keçiriblər.
Aksiya yerli əhalinin Xocalı faciəsinə diqqətini cəlb etmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyıb. Aksiya iştirakçıları tərəfindən Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər yol boyu Kişinyov sakinlərinə və turistlərə paylanılıb.
Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət", "Təcavüzə son", "Qarabağ bizimdir və bizim olacaq", "Serj Sərkisyan terrorçudur" şüarları ilə Ermənistan səfirliyinin önünə qədər yürüş edərək orada aksiyanı davam etdiriblər.
Moldova Azərbaycan Konqresinin gənclər təşkilatının sədri Səfər Məmmədov aksiya iştirakçıları qarşısında çıxış edib, dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.
Moldova Azərbaycanlı Tələbələr Birliyinin sədri Orxan Ağayev yerli mediaya müsahibəsində qeyd edib ki, burada yaşayan azərbaycanlı gənclər bu aksiya ilə bütün dünyaya erməni işğalçılarının dinc sakinlərə qarşı törətdikləri amansız cinayətləri çatdırmaq istəyir.
Sonda aksiya iştirakçıları tərəfindən Moldovada BMT-nin və ATƏT-in nümayəndəliklərinə Xocalı soyqırımın tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbi ilə bəyannamə çatdırıblar.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org