Ermenistan mallarini Bakida satan sirket – Video


[r32]
– xeber –
OVS mağazalar şəbəkəsinin Ermənistan istehsalı olan uşaq paltarlarının Bakıda satışını təşkil etməsi ictimaiyyətdə geniş rezonans doğurub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat mediada yayıldıqdan sonra Qarabağ Azadlıq Təşkilatının nümayəndələri mağazada olublar və həmin vaxt “Made in Armenia” etiketli uşaq paltarlarının artıq satışdan yığışdırıldığını müşahidə ediblər.
OVS şirkətlər qrupunun açıqlaması isə olduqca qəribədir. Belə ki, mağazalar şəbəkəsi Ermənistan istehsalı olan malların Bakıda satışını təşkil etməyinin əsl səbəbini və yaxud, bunun anlaşılmazlıq olduğunu demək, faktı araşdırmaq və ölçü götürmək əvəzinə medianı suçlayıb, bu faktı üzə çıxaran Bakipost saytının ünvanına ittihamlar səsləndirib.
Bakipost saytının baş redaktoru Elçin Zahiroğlu isə Musavat.com-a açıqlamasında mağazanın bu utancverici hadisəni ört-basdır etmək üçün medianı hədəf seçməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, mağazalar şəbəkəsi Bakıda uşaqlara erməni istehsalı olan paltarlar geyindirdiyi üçün üzr istəyib, bundan sonra idxal etdikləri mallarda daha diqqətli olacaqları barədə açıqlama vermək əvəzinə, bütün məsuliyyəti öz boyunlarından atıb, medianı yalançılıqda, təxribatda suçlamaları əxlaqdan kənardır.
E.Zahiroğlu bütün faktları şəxsən özünün topladığını, “Gənclik Mall”dakı dükana getdiyini, foto-video çəkilişlər apardığını da xatırladıb: “Həmin malları tapıb şəkillərini çəkmişəm. Qeyd eləyim ki, mağazanın hər yerində kamera var. Yəni mənim ora getməyimi və şəkil çəkməyimi sübut eləmək çox sadə məsələdir”.
Baş redaktor həmçinin onu da bildirib ki, o məhsulları alan insanlar var və onlar artıq redaksiyaya etiketləri də, OVS mağazasından alındığını təsdiqləyən sənədləri də təqdim ediblər.
Qeyd edək ki, OVS açıqlamasında bu malların üstündəki etiketlərin fotoşop olduğunu da iddia etmişdi. Buna görə də “Bakipost” hazırladığı videonu ictimaiyyətə təqdim edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org